Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı "Barış Pınarı" bölgəsində yenib əməliyyat keçirib.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının iki üzvü öldürülüb.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə ardıcıl qaydada davam etdiriləcək.