Xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinərək bir gün əvvəl saxlanılan sabiq vəkil Elman Paşayev barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Moskva Qarnizonu Hərbi Məhkəməsinə aparılıb.
525.az bu barədə “Report”-a istinadən xəbər verir.
“Məhkəməyə Elman Paşayevin həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının vəsatəti daxil olub”, - məlumatda bildirilib.
Qeyd edək ki, E.Paşayev bir gün əvvəl hərbi müstəntiqlər tərəfindən saxlanılıb və 46 milyon rubldan çox məbləğdə dələduzluqda ittiham olunur.