Estoniyanın cənubunda, Rusiya ilə birbaşa sərhədin yaxınlığında min nəfərdən ibarət hərbi kontingentin yerləşəcəyi yeni hərbi baza təşkil edilib.
525.az xəbər verir ki, bu barədə yerli media xəbər yayıb. Qeyd olunub ki, “Reedo” hərbi bazası Vıru şəhəri yaxınlığında açılıb və 14 tikilidən ibarətdir.
Məlumata görə, bazada ikinci Estoniya briqadası və NATO-nun digər ölkələrinin qoşun kontingentini yerləşdirmək planlaşdırılır. Ehtimala görə, hərbi baza NATO-nun müdafiə planlarına uyğun olaraq hazırlıqlar üçün toplama məntəqəsi kimi xidmət edəcək.
Öz növbəsində Estoniya Müdafiə Qüvvələrinin Baş qərargah rəisi, general-mayor Vahur Karus bildirib ki, ölkənin Silahlı Qüvvələri NATO ilə Rusiya arasında potensial hərbi toqquşmaya hazırlığa başlamalıdır. O deyib ki, Estoniyada uzunmənzilli zərbə silahları var və bu, NATO ölkələrinin icazəsinə uyğundur.
Bundan əvvəl, Estoniya prezidenti Alar Karis bildirib ki, Estoniya Rusiyanı diz çökdürmək üçün əlindən gələni edəcək.
Pərvanə Sultanova