Meksika prezidenti Klaudiya Şeynbaum ukraynalı həmkarı Vladimir Zelenskinin bu ölkəyə səfərlə bağlı təklifini geri çevirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Şeynbaum addımının səbəbini belə izah edib:
“Mənim əsas vəzifəm Meksikanı idarə etməkdir. Biz vacib hesab etdiyimiz bəzi beynəlxalq tədbirlərə qatılacağıq, lakin çox səyahət etməyəcəyik. Çünki bizim məsuliyyətimiz buradadır”.
Xatırladaq ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin Klaudiya Şeynbaumun oktyabrın 1-də keçiriləcək inaqurasiya mərasiminə dəvət alıb. Meksika hökuməti isə bəyan edib ki, səfər baş tutarsa, Putin Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs olunmayacaq.
İbrahim Cəfərov