Özbəkistanın Baysun rayonundakı “25 il Müstəqillik” yatağında texniki qəza baş verib, iki nəfər ölüb.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi nazirinin müavini Jusipbek Kazbekov bildirib.
Onun sözlərinə görə, bu, bəzi yerli KİV-lərin yazdığı kimi, hidrogen sulfid sızması deyil, texniki istehsalla bağlı hadisədir.
“Biz yeddi müxtəlif növ qazı ölçürük, lakin normativlərin aşılması halları olmayıb”, - nazir müavini bildirib.