İraq höküməti başda ABŞ olmaqla beynəlxalq koalisiyanın hərbçilərinin tezliklə ölkədən çıxarılacağını istəyir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraqın baş naziri Muhammed as-Sudani bildirib.
Baş nazirin sözlərinə görə, ölkədə terror qruplaşmaların böyük əksəriyyəti məhv edilib. Az miqdarda qalanlarla mübarizə üçünsə ABŞ ordusuna ehtiyac yoxdur.
Muhammed as-Sudani tezliklə amerikalıların ölkəni tərk etmələri barədə qərar qəbul olunacağını, eyni zamanda bunu rəsmi Bağdadla rəsmi Vaşinqtonun münasibətlərinə xələl gətirməyəcək tərzdə həyata keçirəcəklərini də söyləyib.
Qeyd edək ki, hazırda İraq ərazisində 2,5 min ABŞ hərbçisi var.
L.Tağıyeva