Portuqaliyanın şimalında artıq bir neçə gündür ki, davam edən meşə yanğınları 3 nəfərin ölümünə, yüzlərlə insanın ev-eşiyini tərk etməsinə səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən ikisi yerli sakin, biri isə yanğınsöndürəndir.
Hakimiyyət orqanları hələlik nə qədər insanın təxliyə edildiyi, nə qədər evin yandığı barədə məlumat vermir.
Məlum olan budur ki, yanğınla 5 min yanğınsöndürən mübarizə aparır.
Qeyd edək ki, xeyli texnika ilə yanaşı alovla mübarizəyə amfibiya təyyarələr də qoşulub. Qonşu İspaniya, həmçinin, Fransa, İtaliya və Yunanıstan kömək üçün 8 təyyarə göndərməyə hazır olduqlarını bildiriblər.
L.Tağıyeva