Almaniyanın cənubunda qarışqalar yeraltı elektrik və internet kabellərini didməklə sıradan çıxarırlar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ziyanverici Aralıq dənizi qarışqalarının (Tapinoma magnum) uzunluğu cəmi 2-3 mm-dir.
Bu növ qarışqalara əvvəllər Almaniya rast gəlinməyib. Qarışqa sürüsü bura İsveçrədən keçib. Güman ki, İsveçrəyə də Aralıq dənizi sahillərindən gəliblər.
Almanlar bu "terrorçu qrup"la ilk dəfə sərhəd Lyerrah şəhərində rastlaşıblar. Daha sonra Kel, Heydelberg və Karlsrue də görünüblər. Onların sonuncu dayanacağı hələlik Ştutqart şəhəridir.
Elektrik və internet kabellərini sıradan çıxaran qarışqaların "fəaliyyəti" təkcə bununla bitmir. Evlərdə də məskən salan həşəratlar həyətyanı sahələrin çəpərlərinə də "tamah salırlar". Hətta, milyonlarla qarışqadan ibarət "ordu"ya görə uşaqlar üçün nəzərdə tutulan oyun meydançası bağlanıb.
Qeyd edək ki, ekspertlər bu qarışqaların insanlar üçün təhlükəli olmadığını bildirsələr də, bəzilərinin qısamüddətli allergiya və psixoloji stress keçə biləcəklərini istisna etmirlər.
L.Tağıyeva