ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ əsgərlərinin Nigerdən çıxarılmasının başa çatdığını açıqlayıb.
525.az xarici mediaya istinadən bildirir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mətbuata açıqlamasında mayın 19-da Nigerdən çəkilməyə başlayan ABŞ ordusunun hazırkı vəziyyəti ilə bağlı məlumat verib.
Sinq bildirib ki, ABŞ və Niger silahlı qüvvələri arasında əməkdaşlıq və kommunikasiya sayəsində geri çəkilmə razılaşdırıldığı kimi sentyabrın 15-də təhlükəsiz şəkildə tamamlanıb.
Niger ABŞ ilə 12 il əvvəl imzaladığı hərbi əməkdaşlıq müqaviləsini martın 17-də ləğv etdiyini açıqlayıb və Amerika əsgərlərinin ən qısa zamanda ölkəni tərk etməsini tələb edib.
Qeyd edək ki, ABŞ qoşunlarının ən geci 15 sentyabra qədər Nigerdən tamamilə çıxarılacağını açıqlamışdı.
Malik Atilay