ABŞ Çinlə suverenlik mübahisəsində olan Tayvana 228 milyon dollar dəyərində ehtiyat hissələrinin satışı, hərbi texnikanın təmiri və yenidən göndərilməsi ilə bağlı “qərarlı” olduğunu açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Dövlət Departamentinin mümkün satışı təsdiqləməkdə "qətiyyətini" ifadə etdiyinə dair açıqlama verib.
Tayvana veriləcək hərbi texnikanın ehtiyat hissələrinin satışı, təmiri və yenidən yüklənməsinin ümumi dəyərinin 228 milyon dollar olduğu bildirilib.
Açıqlamada, haqqında bəhs edilən mümkün satışın "bölgədə siyasi sabitliyin, hərbi tarazlığın və iqtisadi tərəqqinin qorunmasına kömək edəcəyi" və satışın Tayvanın hazırkı və gələcək təhdidlərlə öhdəsindən gəlmək qabiliyyətini artıracağı qeyd edilib.
Malik Atilay