ABŞ-nin "Delta Airlains" şirkətinə məxsus təyyarələrdən biri havaya qalxdıqdan az sonra təcili eniş etməli olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Solt-Leyk-Siti - Portland reysi ilə hərəkətdə olan "Boeing 737-900" təyyarəsi 3 min metr yüksəklikdə olarkən, sərnişinlər özlərini narahat hiss etməyə başlayıblar.
Onların çoxunun burun və qulaqlarından qan açılıb. Pilot təcili eniş etmək barədə qərar qəbul edib və təyyarə Solt-Leyk-Siti hava limanına qayıdıb.
Məlum olub ki, təyyarənin salonunda təzyiq çox olub və bu üzdən sözügedən hadisə baş verib.
Qeyd edək ki, sərnişinlərə lazımi tibbi yardım göstərilib, şirkət rəhbərliyi isə onlardan rəsmən üzr istəyib.
L.Tağıyeva