|
|
|
|

Ötən gün Yaroslavl vilayətinin Tutayev şəhərinin sakinləri güllə səsləri eşitmələri barədə polisə məlumat verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qvardiyanın köməyi ilə şəhər parkı yaxınlığında, Dementyev küçəsində xüsusi əməliyyat keçirib.
Əməliyyat nəticəsində 21 nəfər saxlanılıb. Onlardan 7 ədəd müxtəlif markalı odlu silah götürülüb. Bu barədə Rusiya DİN-nin yaydığı press-relizdə bildirilir.
Qeyd edək ki, baş verən insidentlə bağlı cinayət işi açılıb, istintaq işi başlanılıb. Saxlanılanların kimliyi barədə rəsmi məlumat verilmir. Rusiyalı həmkarlarımızın yazdığına görə saxlanılanlar Rlbinsk şəhərindəndirlər. Onlar Tutayevə "razborka"ya gəliblərmiş.
L.Tağıyeva



