|
|
|
|

Azərbaycan Respublikası Gənclər Fondunun fərdi layihələr üzrə qrant müsabiqəsinin qalibi Məleykə Mirzəlinin həyata keçirdiyi “Türk dünyası hekayələrdə” layihəsi çərçivəsində “Türk dünyasından hekayələr” adlı kitab nəşr olunub.
525.az xəbər verir ki, kitabda türk dünyasının müxtəlif ölkə və topluluqlarından olan çağdaş yazarların yaradıcılıq nümunələri yer alıb. Türk inanc sisteminin, etnoqrafik ünsürlərinin, milli dəyərlərinin, tarixinin, ədəbiyyatının və s. əks olunduğu hekayələr seçilərək Azərbaycan türkcəsinə uyğunlaşdırılıb və kitablaşdırılıb.
Antologiya aşağıdakı hekayələrdən ibarətdir:
Kitabın 2024-cü il 28 sentyabr (15:00) tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında təqdimatı planlaşdırılır.
Qeyd edək ki, layihə rəhbəri Məleykə Mirzəli Bakı Dövlət Universitetinin “Türk dilləri” ixtisası üzrə doktorantıdır, həmçinin, BDU-da müəllim olaraq fəaliyyət göstərir. Müəllifin tərcüməsində bundan öncə “Çağdaş tatar hekayələri antologiyası” da yayınlanıb.



