|
|
|
|

Rusiyanın Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev Ukrayna ordusunun Tixoretsk vilayətində pilotsuz uçuş aparatları (PUA) ilə hücumu zamanı sursat anbarında partlayışların baş verdiyini bildirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Kondratyev "Telegram" kanalında verdiyi açıqlamada Ukrayna qüvvələrinin gecə saatlarında PUA-larla Krasnodar vilayətində Tixoretskə hücum etdiyini bildirib.
İki PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu qeyd edən Kondratyev: "PUA hissələrinin düşməsi nəticəsində sursat anbarında yanğın baş verib və sursatlar partlamağa başlayıb", - deyib.
Kondratyev yanğınsöndürmə briqadalarının hadisə yerində işlərini davam etdirdiklərini və Tixoretskdən mülki vətəndaşları təxliyə etməyə başladıqlarını ifadə edərək: "Tixoretskdən 1200 nəfər təxliyə edilib. Yaralanan və ölən yoxdur", - qeyd edib.
Malik Atilay



