
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiya əhalisinə vahid Gürcüstan dövlətində yaşamaqla bağlı çağırış edib.
525.az xəbər verir ki, bu barədə Gürcüstan televiziyası məlumat yayıb.
“Bizim bütün addımlarımız xalqımıza kömək etmək məqsədi daşıyır ki, bir gün biz və övladlarımız xoşbəxt, vahid və inkişaf etmiş Gürcüstanda birlikdə yaşaya bilək”, - deyə İ.Kobaxidze bildirib.
Onun sözlərinə görə, Gürcüstan ölkədəki bütün “dağılmış körpüləri” bərpa etməlidir. Abxaziya və Cənubi Osetiya əhalisi isə bunu açıq ürəklə qarşılayacaq.
İbrahim Cəfərov



