
Britaniya Xarici İşlər Nazirliyinin İnkişaf üzrə Dövlət Katibi Annelise Dodds Livandakı vəziyyətin “son dərəcə narahatedici” olduğunu bildirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) bölgədəki humanitar yardım səylərini dəstəkləmək üçün Böyük Britaniyanın Livana 5 milyon funt sterlinq göndərəcəyi bildirilib.
Açıqlamada İngiltərənin 2023-cü ilin oktyabr ayından etibarən İngiltərə vətəndaşlarına Livanı tərk etməyə çağırdığı xatırladılıb və Livandakı Britaniya vətəndaşlarının mümkün təxliyyəsinə dəstək üçün 700 əsgərin Kiprə göndərildiyi vurğulanıb.
Malik Atilay



