
Yaponiya Şimali Koreyanı müşahidə etmək üçün kosmosa peyk göndərib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, məqsəd Şimali Koreyanın hərbi bazalarını və obyektlərini izləməkdir.
Qeyd edək ki, yapon mətbuatının yaydığı məlumata görə, Yaponiya höküməti kosmosa 10-a kimi bənzər peyk buraxmağı planlaşdırır.
L.Tağıyeva



