
ABŞ-nin Kaliforniya ştatında Santa Maria Məhkəmə binasında baş verən partlayış nəticəsində 2 nəfər yaralanıb, hadisəyə kustar üsulla hazırlanmış partlayıcının səbəb olduğu bildirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Santa Barbara Şerif Ofisi, partlayışla əlaqədar bir nəfərin nəzarətə alındığını bildirərək:, "Partlayışa qəsdən yerləşdirilmiş əldəqayırma partlayıcı qurğu səbəb olub", - deyib.
Kaliforniya qubernatoru Gavin Newsom açıqlamasında hadisəni yaxından izlədiklərini və hüquq-mühafizə orqanları ilə koordinasiyada olduqlarını bildirib.
Şahidlərin sözlərinə görə, partlayış bir nəfərin məhkəmə binasına girərək bel çantasını atmasından sonra baş verib.
Malik Atilay



