
Efiopiyanın Volaita Sodo şəhərindən Dauro bölgəsinə gedən avtobus yoldan çıxaraq çaya düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində sərnişin avtobusunda olan 28 nəfər ölüb, 19 nəfər yaralanıb.
Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu və ölənlərin sayının artma ehtimalının olduğu bildirilib.
Malik Atilay



