
Hindistanın Bihar əyalətində dini ayinlər üçün çaylara girərkən 37-si uşaq olmaqla 46 nəfərin boğularaq öldüyü açıqlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qadınların uşaqları üçün oruc tutaraq çaya birlikdə girdiyi “Jivitputrika festivalı” zamanı boğulma hadisələri baş verib.
Dövlət orqanları 15 müxtəlif bölgədə dini ayinlər zamanı baş verən suda boğularaq 37-si uşaq olmaqla 46 nəfərin həyatını itirdiyini açıqlayıb.
Səlahiyyətlilər itkin düşmüş şəxslərin axtarışlarının davam etdiyini bildiriblər.
Baş nazir Nitish Kumar həyatını itirənlərin ailələrinə başsağlığı verib və ailələrə təzminat ödəniləcəyini açıqlayıb.
Malik Atilay



