
Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-nin sabiq dövlət başçısı Donald Trampla görüşü cəmi 15 dəqiqə çəkib.
525.az xəbər verir ki, bu barədə “Zvyozdı” nəşrinin Nyu-Yorkdakı əməkdaşı bildirib.
Siyasətçilərin görüşü Manhettendəki “Tramp Tower”də baş tutub. Snayperlər, polis patrulları və jurnalistlərin ətrafında olduğu qülləyə bitişik küçə ilə avtomobillərin hərəkəti qismən bağlanıb, beton və metal maneələr, eləcə də avtomobillərin keçməsi üçün avtomatik maneələr quraşdırılıb.
Hələlik görüşün detalları barədə hər hansı açıqlama verilməyib.
İbrahim Cəfərov



