
Noyabrın 3-də gecə Bakıda intensiv yağışın yağması ilə əlaqədar fərdi yaşayış evlərinə su dolub.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar olaraq Nərimanov rayonu ərazisində evdən çıxması çətinləşmiş 5 nəfərə köməklik göstərilib.
Eyni hadisə Binəqədi rayonunda da yaşanıb.
İntensiv yağışın yağması ilə əlaqədar fərdi yaşayış evlərinə su dolması səbəbindən çıxması çətinləşmiş 2 nəfərə müvafiq köməklik göstərilib.



