|
|
|
|

2013-cü ilin dekabrında Alp dağlarında xizək sürərkən ağır zədə alan 7 qat "Formula-1" çempionu Mixail Şumaxer o vaxtdan ilk dəfə ictimaiyyət arasında görünüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qızı Cini-Mariyanın toyunda iştirak edib.
Toy idmançının Malyorkadakı villasında təşkil olunub. 100-ə yaxın qonağın iştirak etdiyi mərasimdə təhlükəsizlik xidmətinin əməkdaşları çəkiliş aparılmamaları üçün hamının mobil telefonunu alıb.
Qeyd edək ki, ötən ilin dekabrında qardaşı Ralf Şumaxer Mixaelin bir daha əvvəlki vəziyyətinə qayıtmayacağı barədə açıqlama vermişdi.
L.Tağıyeva



