|
|
|
|

Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi davam edir.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgidə 200-ə yaxın yerli və xarici təşkilatın, 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı ilə müxtəlif formatda tədbirlər təşkil olunur. Eyni zamanda sərgidə azərbaycanlı yazıçı və şairlər, o cümlədən gənc yazarlar və tanınmış xarici yazıçılar iştirak edirlər.
Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərslər, aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları təşkil edilir.
Qeyd edək ki, sərgi 8 oktyabrdək davam edəcək.
“525-ci kanal” sərgidən maraqlı görüntüləri təqdim edir.
Nigar Abbasova



