|
|
|
|

Rusiyanın Oryol şəhərində mənzillərin birində ev pişiyi yaşlı qadına hücum edib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, pişik qadının ayağını dişləyib, dişlək varikoz venanı zədələyib.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası qadının qanaxmadan xeyli qan itirdiyini müəyyənləşdirib və onu təcili xəstəxanaya götürüb.
Qeyd edək ki, xəstəxanada yardım alan qadın ölümdən dönüb və bir neçə saat sonra ambulator müalicəyə buraxılıb.
L.Tağıyeva



