
"Anadolu” agentliyi FETO təşkilatının rəhbəri Fətullah Gülənin yeni yaşayış yerini aşkarlayıb.
525.az xəbər verir ki, Gülən Pensilvaniya ştatının Seylorsburq şəhərində məskunlaşıb.
“Anadolu” agentliyinin əməkdaşları dron vasitəsi ilə evin şəkillərini çəkiblər. Bildirilir ki, F.Gülənin yeni yaşayış yeri onun bu ilin aprelində tərk etdiyi əvvəlki evi və FETO-nun qərargahından 12 dəqiqəlik məsafədə yerləşir.
Sahəsi 400 kvadratmetrdən çox olan malikanə meşədə yerləşir və təxminən 800 min - 1 milyon dollar dəyərində qiymətləndirilir. Gülənin yaşayış yeri etibarlı şəkildə mühafizə olunur, ətrafda çoxlu sayda müşahidə kameraları quraşdırılıb.
Xatırladaq ki, Fətullah Gülən Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.
İbrahim Cəfərov



