Ötən cümə Braziliyanın San-Paulu ştatında güclü qasırğa 2 milyondan çox insanı işıqsız qoyub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü yağış və 100 km/s sürətlə əsən külək 2,1 milyon insanın elektrik enerjisiz qalmasına səbəb olub.
Ştatın elektrik təminatına cavabdeh "Enel" şirkəti qasırğanın fəsadlarını aradan qaldırmaqla məşğuldur. Elektrik xətlərinin bərpasına 2500 işçi, yüzlərlə texnika və 2 helikopter cəlb olunub. Şirkət həmçinin, fasiləsiz elektrik enerjisi ilə təmin olunmaq üçün vacib infrastrukturları, o cümlədən xəstəxanaları 500 generatorla təchiz edib. Görülən işlərə rəğmən hələ də 1,3 milyon insanın işığı yanmır.
Qeyd edək ki, San-Paulunu ağuşuna alan bu dəfəki qasırğa son 30 ildə ən güclüsü hesab olunur.
L.Tağıyeva