Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton məcburi köçkünlərin yaşadığı qəsəbəyə baş çəkib.
APA-nın Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, nazir qaçqın və məcburi köçkünlərlə görüşərək onların yaşayışı ilə maraqlanıb. D. Lidinqton məcburi köçkünlərin ağrı və əzabları bölüşdüyünü, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının bir hissəsi kimi onların öz evlərinə qayıtmasının vacib olduğunu söyləyib.
Qeyd edək ki, birtaniyalı qonaq bu gün Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb.