Cənubi Koreyanın Baş Qərargahı bildirib ki, Şimali Koreya iki ölkə arasında istifadə olunmayan yolları partlatmağa hazırlaşır.
525.az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahının sözçüsü Li Sung Cun gündəlik mətbuat konfransında açıqlama verib.
Li bildirib ki, Şimali Koreya ölkənin şimalında istifadə olunmayan “koreyalararası” yollarda monitorlar quraşdırıb. Li Sung Cun partlayışın “ən tez bu gün” baş verə biləcəyini bildirib. Şimali Koreya Xalq Ordusundan verilən açıqlamada, əsas düşmən dövlət olaraq təyin etdiyi Cənubi Koreya ilə quru və dəmir yolu əlaqələrinin kəsiləcəyi açıqlanıb və bildirilib ki, ordunun sərhəddi daimi kəsməsi və bağlaması hazırkı vəziyyətdə müharibənin qarşısını almaq və ölkənin təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə tədbiridir.
Qeyd edək ki, bir müddətdir iki ölkə arasında “PUA”gərginliyi artmaqdadır.
Ləman İlkin