İran hakimiyyəti Oman Sultanlığının vasitəçiliyi ilə ABŞ-la aparılan danışıqları dayandırıb.
525.az xəbər verir ki, bu barədə TASS ölkənin xarici işlər naziri Abbas Əraqçiyə istinadən məlumat yayıb. Danışıqların dayandırılmasına səbəb Yaxın Şərq regionunda mövcud olan vəziyyətdir.
“Maskat prosesi hazırda regiondakı xüsusi vəziyyətə görə dayandırılıb. İndi biz danışıqlar üçün əsas görmürük”, - deyə XİN başçısı bildirib.
O qeyd edib ki, İslam Respublikası böhran aradan qaldırıldıqdan sonra danışıqlara qayıtmağı nəzərdən keçirəcək.
Oktyabrın 13-də Əraqçi bildirib ki, Tehran son günlər Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq üçün çox işlər görür, lakin öz vətəndaşlarının və milli maraqlarının qorunmasında heç bir güzəştə getməyəcək.
Pərvanə Sultanova