İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxsin məhkəməsi ilə bağlı hüquqi proseslər tam həyata keçirilənə qədər bu məsələyə nəzarət edəcəklərini bəyan edib.
525.az “Report”-a istinadən xəbər verir ki, o, bunu Azərbaycan baş nazirinin müavini Şahın Mustafayevlə görüşdə bildirib.
Məlumata görə, Şahin Mustafayev İran İslam Respublikası ilə əlaqələri genişləndirməyə hazır olduqlarını bəyan edərək deyib:
“İranla əlaqələri daha da genişləndirmək istəyirik. Biz iqtisadiyyat, ticarət, enerji mübadiləsi xətləri, mədəniyyət, tranzit, ümumi yol və dəmir yollarının tamamlanması, inkişafı, təhlükəsizlik və müdafiə sahələrində İranla əlaqələrimizə böyük əhəmiyyət veririk”.