
Şotlandiyanın sabiq Baş naziri, Alba partiyasının lideri Aleks Salmondun ölüm səbəbi açıqlanıb.
525.az “Daily Record”a istinadən xəbər verir ki, partiyanın bununla bağlı yaydığı qısa açıqlamada deyilir:
“Ölümündən sonrakı müayinələr təsdiqlədi ki, Aleks Salmon ürək çatışmazlığından vəfat edib”.
69 yaşlı siyasətçi oktyabrın 12-də Şimali Makedoniyada dünyasının dəyişib. Orxide şəhərindəki George İvanov adına gənc liderlər məktəbində çıxış edərkən Salmonun halı pisləşib və o, huşunu itirib. Daha sonra isə keçinib.
Qeyd edək ki, Aleks Salmon 2007-ci ilin mayından 2014-cü ilin noyabrına kimi Şotlandiyanın Baş naziri olub.
İbrahim Cəfərov



