
Braziliya İsrailin hücumlarını davam etdirdiyi Livandan 217 vətəndaşını təxliyə edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya Hərbi Hava Qüvvələrinin (FAB) təyyarəsi Livandan Sao Pauloya 217 nəfəri gətirib.
21 min braziliyalının hələ də Livanda yaşadığı və xilasedici təyyarələrin ölkələrinə qayıtmasını gözlədiyi paylaşılıb.
Prezident Luiz İnasio Lula da Silvanın göstərişi ilə indiyədək Livanda yaşayan 3 min braziliyalının ölkəyə gətirildiyi bildirilib.
Qeyd edək ki, FAB-dan verilən açıqlamada Livanda yaşayan braziliyalıların mərhələli şəkildə ölkəyə gətirilməsinin planlaşdırıldığı bildirilib.
Malik Atilay



