|
|
|
|

Bu barədə Ankara Gənc Biznesmenlər Assosiasiyasının nümayəndəsi Mustafa Korkutata bildirib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb həddən artıq ərzaq israfıdır.
Mustafa Korkutatanın sözlərinə görə, hər turistə görə gündəlik 220-400 qram ərzaq zibilliyə atılır. Bu isə "hər şey daxil" otellərdə illik 1.5 milyard dolların itkiyə getməsi deməkdir.
Qeyd edək ki, Türkiyənin "Milliyət" qəzeti bu mövzu ilə bağlı maraqlı rəqəm paylaşıb. Məlum olub ki, Türkiyədə "hər şey daxil" otellərin qonaqlarının "sayəsində" il ərzində 18 milyon ton qida zay olur.
L.Tağıyeva



