
Meymun çiçəyinə ilk yoluxma halları Cənubi Afrika ölkələri Zimbabve və Zambiyada aşkar edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Zimbabve Səhiyyə və Uşaq Baxımı Nazirliyindən verilən açıqlamada, ölkədə ilk meymun çiçəyi xəstəliyinin ötən ay Cənubi Afrika Respublikasına səfər edən 11 yaşlı uşaqda aşkar edildiyi bildirilib.
Açıqlamada, Tanzaniyaya səyahət keçmişi olan 24 yaşlı bir kişidə virusun aşkarlanması ilə ölkədə meymun çiçəyi xəstələrinin sayının 2-yə yüksəldiyi paylaşılıb.
Qeyd edək ki, hər iki xəstənin səhhəti yaxşıdır.
Malik Atilay



