|
|
|
|

İranın cənub-qərbində, Xuzistan əyalətinin Şüştər rayonunda neft emalı zavodunda güclü yanğın baş verib.
525.az xarici mediaya istinadən xəbər verir ki, İran dövlət televiziyasına danışan Xuzistan əyalətinin Şüştər mahalının valisi Məhsun Seyyidmusəvi neft emalı zavodunda baş verən yanğında 1 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.
Seyyidmusəvi bildirib ki, ilkin ehtimallara görə, hadisə neft tankerlərindən birinin neft emalı zavodunda benzin çənlərinə çırpılması nəticəsində baş verib.
Digər tərəfdən, yanğının böyüklüyünə görə rayondakı yanğınsöndürmə briqadasının müdaxilə etmək üçün kifayət etmədiyi, yanğına müdaxilə etmək üçün Əhvaz şəhərinin gücləndirici dəstələrinin bölgəyə göndərildiyi bildirilib.
Malik Atilay



