
Mərakeşin şimalında yerləşən İfran şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Mərakeş Milli Geofizika İnstitutunun prezidenti Nasser Cabur SNRT televiziyasına verdiyi açıqlamada səhər saatlarında baş verən 4,5 bal gücündə zəlzələnin episentrinin ölkənin şimalında yerləşən İfran şəhərinin Sidi əl-Mahfi qəsəbəsi olduğunu bildirib.
Cabur, yerin 10 kilometr dərinliyində baş verən zəlzələnin can və mal itkisinə səbəb olmadığını bildirib.
2023-cü il sentyabrın 8-nə keçən gecə Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib, episentri Əl-Huz bölgəsi olub.
Qeyd edək ki, zəlzələ nəticəsində 2690 nəfər ölüb, 6125 nəfər xəsarət alıb.
Malik Atilay



