"Xətai" metrosunun yaxınlığındakı yaşayış binasında baş verən yanğın söndürülüb.
Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, FHN-in yanğınsöndürənləri binanın yuxarı mərtəbəsində baş vermiş yanğının genişlənməsinin qarşısını alıblar.
Yanğın zamanı elektrik təminatı dayandırıldığı üçün liftdə qalmış sakin xilas edilib.
*** 09:57
Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.
APA-nın məlumatına görə, yanğın hündürmərtəbəli binanın yuxarı mərtəbəsində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.