|
|
|
|

Antalyanın Kəmər rayonunda 5 ulduzlu "İmperial Sunland Resort" otelində yanğın baş verib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın yerli vaxtla 16:30-da (Bakı vaxtı ilə 17:30) başlayıb.
Otel sakinləri dərhal evakuasiya olunublar. Hadisə yerinə gələn yanğınsöndürənlər qısa zamanda alovu ram edə biliblər. Zərərçəkənlərin olub-olmaması barədə dəqiq məlumat hələki yoxdur.
Qeyd edək ki, sosial şəbəkələrdə 5-ci mərtəbədə qalanların bir qisminin alova görə otaqları tərk etmək imkanları olmadığı və pəncərələrdən kömək istədikləri yazılıb. Hadisə yerinə gələn yanğınsöndürən briqadaların otelə yaxınlaşması üçün hasarı dağıtdıqları barədə də statuslara rast gəlinir.
Yeri gəlmişkən, evakuasiya olunan insanlar məcburən başqa otellərdə məskunlaşdırılacaqlar.
L.Tağıyeva



