|
|
|
|

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi nəticəsində 95 rus və 95 ukraynalı əsgər azad edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yazılı açıqlamasında Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin olduğu bildirilib.
Bəyanatda əsir mübadiləsinin Birləşmiş Ərəb Əmirliklərinin vasitəçilik səyləri ilə oktyabrın 18-də baş verdiyi və bu çərçivədə 95 Rusiya və 95 Ukrayna əsgərinin sərbəst buraxıldığı qeyd edilib.
Açıqlamada bildirilib ki, azad edilən rus əsgərləri hazırda Belarusdadırlar və onlara tibbi və psixoloji dəstək göstərilir.
Malik Atilay



