|
|
|
|

Türkiyədə təmizlik işləri ilə məşğul olan Özkan Aydik kommunal xərcləri ödəmək üçün hesabına daxil olanda şok yaşayıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir sakini olan Aydik hesabına naməlum şəxs tərəfindən 23 milyon lirədən çox (təxmini 7 milyon dollar-red.) vəsait daxil olduğunun fərqinə varıb.
Pula böyük ehtiyacı olan fəhlə vicdanlı davranmağı üstün tutub və banka müraciət edib. Bank qısa zamanda həmin pulu onun hesabından çəkib.
Maraqlıdır ki, Akdik pulun ona kim tərəfindən köçürüldüyünü və vəsaitin aqibəti ilə maraqlandıqda, bankdan rədd cavabı alıb. Bundan sonra o, sualına cavab tapmaq üçün polisə müraciət edib.
L.Tağıyeva



