|
|
|
|

"British Airways" aviaşirkətinə məxsus təyyarədə uçuşdan əvvəl ABŞ prezidentliyinə namizəd Donald Trampın şəkili olan papağa görə 2 sərniş əlbəyaxa olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə təyyarə 2 saata yaxın gecikib.
Şahidlərin sözlərinə görə, konfliktin iştirakçıları 40 və 60 yaşında qadınlar olub. Onlardan biri digərinin başındakı Trampın şəkili olan papağı çıxarmağa cəhd edib. Nəticədə qadınlar arasında dava düşüb. Göyərtəyə qalxan polislər hər iki qadını polis bölməsinə aparıblar.
Baş verən insidentə görə "British Airways" sərnişinlərdən üzr istəyib.
Qeyd edək ki, adları açıqlanmayan qadınlar bir qədər sonra polis bölməsindən buraxılıblar. Onların hansısa cəza almaları ilə bağlı məlumat yoxdur.
L.Tağıyeva



