Rusiyanın Krasnodar vilayətinin sakini pələng saxladığına görə həbs edilib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan kişi 3 il əvvəl qeyri-qanuni yolla pələng balasını əldə edib.
Bu müddətdə Laura adlandırdığı vəhşi heyvanı həyətində saxlayıb. Son vaxtlar pələng qonşuların qorxusuna səbəb olub və onlar polisə müraciət ediblər.
Maraqlıdır ki, pələngsevər polisləri görən kimi qaçmağa cəhd edib. Amma alınmayıb. Polis onu 4 günlük həbs edib.
Qeyd edək ki, pələng mütəxəssislər və həkimlər tərəfindən müayinə olunacaq. Çünki onun dərisi üzərində yara nişanələri var. Əgər saxlanılan şəxsin pələngə şiddət tətbiq etməsi təsdiqlənərsə, onun haqqında cinayət işi qaldırılacaq.
Yeri gəlmişkən, Laura hələlik Rostov sirkində məskunlaşıb. Bir müddət sonra onu Moskvaya aparacaqlar.
L.Tağıyeva