|
|
|
|

Rusiyanın Çerkassk şəhərində yaşayış binasında güclü partlayış olub.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayış qaz sızması nəticəsində baş verib.
Bir neçə nəfər yaralanıb, 5 nəfər isə dünyasını dəyişib. Yaralananlara tibbi yardım göstərildikdən sonra, onların bir neçəsi ambulator müalicəyə buraxılıb. Xəstəxanada olan 1 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, bu gün səhər yaşayış binasında baş vermiş partlayış nəticəsində 9 mənzil və evin dam hissəsi dağılıb.
L.Tağıyeva



