|
|
|
|
Arktikada Rusiyaya məxsus Mesyatsev adası yoxa çıxıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, adanın yoxa çıxmasını regionlararası layihə qrupunun iştirakçıları olan tələbə və şagirdlər aşkarlayıblar.
Onlar sputnikdən çəkilmiş fotolar vasitəsilə Arktikadakı torpaqları öyrənərkən bunun şahidi olublar.
Bəs, Şimal Buzlu okeandakı adanın itməsinə səbəb nədir? Məsələ burasındadır ki, ada tamamilə büzlaqlardan ibarət idi. Qlobal istiləşmə nəticəsində son 10 ildə tədricən əriyərək okean suyuna qatışıb.
Qeyd edək ki, Frans-İosif arxipelaqına daxil olan Mesyatsev adasının 2010-cu ildə 110 hektar ərazisi var idi. 2015-ci ildə bu rəqəm 53-ə, 4 il əvvəl isə 13-ə düşmüşdü.
L.Tağıyeva