Bir müddət öncə AMEA İqtisadiyyat İnstitutundakı işindən azad olunan professor Ağadadaş Həsrət oğlu Qafarov həmin qurumu məhkəməyə verib.
Lent.az-ın Bakı Apelyasiya Məhkəməsinə istinadən verdiyi məlumata görə, A. Qafarov institutdan işə bərpa olunmasını tələb edir.
2010-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş elmi işçi vəzifəsində işləyən alim iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən aqrar sahədə 3 monoqrafiyanın, 1 dərslik vəsaitinin (kollektiv), tədris proqramı, metodik vəsaitin və 100-dən artıq, o cümlədən xaricdə çap edilmiş 3 əsərin müəllifidir. 2010-cu ildən İqtisadiyyat İnstitutunun Elmi Şurasının, Dissertasiya Şurasında elmi seminarın sədri işləyib.
Qeyd edək ki, alim plagiatçılıqda ittiham olunurdu.