Fransanın Sent-Mari-de-la-Mer şəhərində çimərlik təhlükə səbəbi ilə bağlanıb.
Lent.az-ın məlumatına görə, böyük dalğalar ölmüş balinanın cəsədini sahilə çıxarıb. İndi hökumət 15 tonluq okean nəhənginin qalıqlarını necə məhv etməyi düşünür. Vaxt çox az qalıb. Balinanın cəsədi günü gündən şişir. Hər an partlaya bilər.
Yerli ekspertlərin sözlərinə görə, nəhəng heyvan hər hansı bir gəmi ilə toqquşma səbəbindən ölüb. Belə hadisələr okeanda tez-tez baş verir. Balinanın ölm səbəbini dəqiqləşdirmək üçün onun dərisindən nümunələr götürülüb.