|
|
|
|
"Kəpəz-2"nin baş məşqçisi Xaliq Mərdanov AFFA tərəfindən sərt cəzalandırılıb.
QOL.az xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.
Mütəxəssis Əvəzedicilər liqasının 12-ci turunda “Səbail-2” ilə oyunun 90+3-cü dəqiqəsində hakimi təhqir edib. O, bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alıb.
İntizam Komitəsi isə məşqçini 5 oyunluq cəzalandırıb.
Həmçinin “Kəpəz-2” 400 manat cərimə edilib.