https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026

Murad Musayev ardıcıl 2-ci dəfə ən yaxşı məşqçi seçildi

Murad Musayev ardıcıl 2-ci dəfə ən yaxşı məşqçi seçildi

"Sabah"ın sabiq baş məşqçisi, hazırda "Krasnodar"ı çalışdıran Murad Musayev Rusiya Premyer Liqasında növbəti mükafatı qazanıb.

QOL.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, o, ardıcıl ikinci aydır ki, bütün həmkarlarını qabaqlayaraq ayın ən yaxşı məşqçisi seçilib.

Murad Musayev Sergey Semak ("Zenit"), Martsel Liçka ("Dinamo"), Marko Nikoliç (SSKA) və Dmitri Pyatibratovu ("Fakel") üstələyib.

"Krasnodar" oktyabrda Rusiya Premyer Liqasında üç qələbə qazanıb. Komanda "Ximki"ni 4:0, "Spartak"ı 3:0, "Krılya Sovetov"u 2:1 hesabı ilə məğlub edib.

14 oyunda 36 xal toplayan "Krasnodar" hazırda Rusiya Premyer Liqasında liderdir.

Qeyd edək ki, Musayev 2021-ci ilin oktyabrından bu ilin fevral ayınadək "Sabah"ı çalışdırıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.