Rusiyada "Apple" bəzi məzmunlara girişi bloklamadığı üçün 3,6 milyon rubl (təxminən 37 min dollar) cərimələnib.
525.az xarici mediaya istinadən xəbər verir ki, “Apple”a qarşı açılan məhkəmə işinə paytaxt Moskvada baxılıb.
Bu platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl edilmədiyi qənaətinə gələn məhkəmə "Apple"ı 3,6 milyon rubl cərimə ödəməyə məcbur edib.
Qeyd edək ki, əvvəllər ölkədə oxşar səbəblərdən "Google", "Tik-Tok" və "Telegram" kimi müxtəlif platformalara cərimələr tətbiq edilib.
Malik Atilay